Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) iki rayonda əmək yarmarkaları təşkil edəcək. Nazirlikdən fins.az-a verilən məlumata görə, yarmarkalar mayın 20-də Xaçmaz rayonunda (Xaçmaz rayonu, Heydər Əliyev adına Mədəniyyət mərkəzi), mayın 21-də isə Qobustan rayonunda (Qobustan rayon Məşğuluq Mərkəzinin inzibati binası) təşkil ediləcək. Xaçmazda 23 müəssisə üzrə 360-dan çox, Qobustanda isə 12 müəssisə üzrə 170 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim olunacaq. Yarmarkalar zamanı peşə və ixtisası olmadığına görə münasib iş yeri seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun iş olmadığı üçün peşəsini (ixtisasını) dəyişməsi zəruri olan şəxslər əmək bazarının tələblərinə uyğun peşə hazırlığına cəlb olunmaq üçün qeydiyyata alınacaq.