01 Noyabr

Meri Əmirova pensiyaya çıxdı

Uzun illər Dövlət Statistika Komitəsinin (DSK) Məlumatların yayılması şöbəsinin müdiri vəzifəsində işləmiş və jurnalistlərin yaxşı tanıdığı Meri Əmirova pensiyaya çıxıb. Bu barədə fins.az-a DSK-dən bildirilib. Onun yerinə Rəfael Süleymanovun təyin olunduğu bildirilir. Bu təyinata qədər o, Komitənin Ticarət və turizm statistikası şöbəsinin müdiri vəzifəsində çalışıb.