01 Noyabr

Bakıdakı yanğında ölənlərin və xəsarət alanların sayı artır

Paytaxtın Azadlıq prospektindəki yaşayış binasında ölənlərin sayı 10-a çatıb. Fins.az-ın “Report”a istinadən yaydığı məlumata görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib. Onun sözlərinə görə, xəsarət alanların sayı isə 41 nəfərdir. Bunlardan 6-na hadisə yerində ilkin yardım göstərilib: "Hazırda ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır".