01 Noyabr

Pensiyalar vaxtından əvvəl veriləcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu ilin may ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. Fonddan fins.az-a verilən məlumata görə, artıq qurumun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsait yerli orqanların hesablarına köcürülüb. Bu proses ötən gün tam yekunlaşıb. Hazırda Azərbaycanda1 milyon 292 min nəfər əmək pensiyası alır.