Avropanın bu ölkəsi nəğd puldan istifadəni qadağan etməyə hazırlaşır.
Fins.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, Danimarka gələn ildən etibarən restoran, mağaza, yanacaqdoldurma stansiyaları kimi ictimai iaşə obyeklərində nağd vəsaitdən istifadəni dayandıracaq.
Ölkə rəhbərliyi bu istiqamətdə yekun addım atmaq üçün uzun müddətdir iş aparır. İşlər yekunlaşandan sonra bir ilkə imza atıla bilər.
Nəğd puldan istifadəni qadağan edən qanunu qüvvəyə mindirməyə çalışan hökumət ticarət, alış-verişi elektron formaya salmağa çalışır.
Artıq əhalidə demək olar ki, yeni sistemə hazırdır. Belə ki, ölkənin hər 3 vətəndaşından biri "Danske Bank" mobil ödəmə tədbiqinə keçib. Başqa sözlə hər 3 danimarkalıdan biri nəğdsiz ödənişə tam hazırdır.