Bu ilin mart ayında ABŞ-ın xarici ticarət balansının kəsiri 2008-ci ilin qlobal iqtisadi böhran dövründəki səviyyəyə düşüb. Fins.az-ın xarici mətbuata istinadən yaydığı məlumata görə, ölkənin idxalı və ixracı arasındakı fərq 51,4 milyard dollar təşkil edib. Bu, fevral ayı müqayisədə 43,1% çoxdur. Sonuncu dəfə bu cür kəskin artım 1996-cı ildə müşahidə olunub. Martda idxal 7,7% artdığı halda, ixrac cəmi 0,9% artıb.