Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Fins.az-ın “Report”a istinadən yaydığı məlumata görə, iclasın gündəliyinə 5 məsələ daxil edilib. Belə ki, gündəlikdə "Reklam haqqında", " Mərkəzi Bank haqqında", "Qiymətli kağızlar bazarı haqqında" qanunlara və Mülki Məcəlləyə dəyişiklik edilməsi, "Vətəndaşların müraciəti haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi yer alıb.