“Alfa Sığorta” gənc nəslin biliyə marağını artırmaq üçün keçirilən növbəti sosial layihəyə maliyyə dəstəyi verib. Bu barədə fins.az –a şirkətdən məlumat verilib. Məlumata görə, “Alfa Sığorta” 189 saylı tam orta məktəbin şagirdlərinin “Romeo və Culyetta” motivləri əsasında videoçarx çəkməsini maliyyələşdirib.
Orta əsrlərin abu-havasını yaratmaq üçün çəkilişlər “İçəri şəhər” tarixi-mədəni qoruqdə aparılıb, əsərin personajlarını məktəblilərin özləri canlandırıb.
Videoçarx Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin məktəblilər arasında keçirdiyi, dünya ədəbiyyatının dahisi Vilyam Şekspirin 450 illik yubileyinə həsr olunmuş müsabiqə çərçivəsində hazırlanıb.