01 Noyabr

Maliyyə Nazirliyi "Facebook" və "Twitter"də

Azərbaycan Maliyyə Nazirliyinin Facebook və Twitter sosial şəbəkələrində rəsmi səhifələri yaradılıb. Nazirlikdən verilən məlumata görə, sosial şəbəkə istifadəçiləri nazirliyin fəaliyyəti ilə bağlı məlumatları bu səhifələrdən də əldə edə bilərlər:
(https://www.facebook.com/maliyye.gov.az) və (https://twitter.com/maliyyegovaz).
Nazirlikdən o da qeyd edilib ki, yalnız yuxarıda qeyd olunan ünvanlar Maliyyə Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələridir.