01 Noyabr

Dekabrın populyar şirkətləri - SİYAHI

«Media Consulting Services» şirkəti dekabr ayında ölkə mətbuatında mobil operatorlar, universitetlər, avtomobil şirkətləri və hotellər barədə məlumatları açıqlayıb.

Ən populyar mobil operator – «Azercell»

Fins.az-ın məlumatına görə, ötən ay populyar mobil operator «Azercell» olub. Dekabrda bu sektora aid 1545 məlumatın təqribən 3-də biri və ya 443-ü «Azercell» barədə olub. Mətbuatdakı populyarlığına görə, sonrakı yerləri «Bakcell» (373 məlumat) və «Nar Mobile» (211 məlumat) tutur.

Ən populyar hotel – «Hilton»

«Media Consulting Services» şirkətinin məlumatlarına görə, dekabr ayında mətbuatda adı ən çox hallanan hotel «Hilton» olub. Bu sektora aid 709 məlumatdan 136-sı bu şirətinə payına düşüb. Sonrakı yerləri «Four Seasons» (113), «Fairmont Baku» (110), «Excelsior» (92 mədumat) və «Kempinski hotel Badamdar» (82 məlumat) tutur.

Ən populyar universitet - BDU

Dekabr ayında mətbuatda ən çox haqqında yazılan universitet Bakı Dövlət Universitetidir. Bu təhsil müəssisəsi barədə 1556 məlumat ayılıb. Sonrakı yerləri Dövlət İdarəçilik Akadesmiyası (449 məlumat), Azərbaycan Dövlət İqtisad Universiteti (446 məlumat), Azərbaycan Texniki Universiteti (409 məlumat) və Bakı Ali Neft Məktəbi (391) tutur.

Ən populyar avtomobil şirkəti – Mercedes

«Media Consulting Services» şirkətinin məlumatlarına görə, dekabr ayında mətbuatda adı ən çox xatırlanan avtomobil markası «Mercedes» olub. Bütün avtomobil şirkətləri barədə 843 məlumatın 189-u bu markanın payına düşüb. Sonrakı yerləri «İsuzu» (151 məlumat), «BMW» (146 məlumat), «Lada» (56) və Toyota (48 məlumat) tutur.