01 Noyabr

“Biznes Jurnalistika Layihəsi”nin 2-ci təlim sessiyası başa çatdı

“British Council” və “PAŞA Bank”ın birgə layihəsi olan “Biznes Jurnalistika Layihəsi”nin 2-ci təlim sessiyası başa çatıb. Fins.az-ın məlumatına görə, yanvarın 3-dən 6-na qədər davam etmiş 4 günlük sessiyanı Böyük Britaniyadan dəvət olunmuş mütəxəssis Dan Mason aparıb.
Sessiya çərçivəsində jurnalistlərə xəritələrlə iş, statistik məlumatlar əsasında infoqrafikanın hazırlanması, yazılara cəlbedici başlıqların qoyulması və onların sosial mediada paylaşılması üçün effektiv vasitələr, foto və video çəkilişin detalları, sujetlərin hazırlanmasında nəzərə alınmaslı olan məqamlar izah olunub. Layihənin 2-ci təlim sessiyası fevralın 21-dən 25-nə qədər keçiriləcək.
Bundan başqa, layihə çərçivəsində jurnalistlər ADA Universitetində 10 həftəlik, iki mərhələli ingilis dili kurslarında iştirak edəcəklər. Kurslara gələn həftədən start veriləcək.
Xatırladaq ki, “Biznes Jurnalistika Layihəs” 2011-ci ildən, artıq 4-cü dəfədir ki, həyata keçirilir. Azərbaycanın aparıcı xəbər və yayım agentliklərini təmsil edən 11 peşəkar biznes jurnalisti layihədə iştirak üçün seçib. Onların arasında Fins.az-ın redaktoru Namiq Hüseynov da var.
Təlimin yekununda seçilmiş iştirakçılar Birləşmiş Krallıqdan olan aparıcı media müəssisələrinə mübadilə səfəri edəcək, bir sıra görkəmli jurnalistlərlə görüşəcəklər.
Layihə bütün dünyada minlərlə jurnalistin hərtərəfli inkişafı üzrə fəaliyyət göstərən və 100-dən çox ölkədə media sahəsində ən yüksək etik və peşəkar standartları təşviq edən Avropanın ən böyük media təşkilatlarından biri olan Birləşmiş Krallığın “Thomson Fondu” ilə birgə əməkdaşlıq sayəsində həyata keçirilməkdədir.