01 Noyabr

Böyük Britaniyada siqaret qutuları standartlaşacaq

Böyük Britaniyada siqaret qutularının unifikasiyası haqqında qanun layihəsini nəzərdən keçirir. Fins.az BBC-yə istinadən xəbər verir ki, qanun qəbul olunarsa, Britaniyada müxtəlif markalı siqaretlərin üzərində siqaret çəkməyin ziyanı haqqında xəbərdarlıq edən eyni sözlər yazılacaq.

Əgər Britaniya parlamenti may seçkilərinə qədər bu qanunu qəbul edəcəyi halda, o, artıq gələn ildən qüvvəyə minəcək.

Böyük Britaniyanın baş sanitar həkimi Salli Devis qanun layihəsini bəyənir. "Siqaretçəkmə ilə mübarizəni davam etdirməliyik, siqaret qutularının standartlaşdırılması isə bu prosesin vacib hissəsidir",- o hesab edir.