01 Noyabr

Azərbaycanda «şuba»ların satışı 14 dəfə artıb - RƏSMİ

2014-cü ildə Azərbayana xəz məmulatlarının idxalı 14 dəfədən çox artıb. Fins.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) 2014-cü ilin nəticələrinə əsasən hesabatında bildirilir. Hesabata əsasən, 2014-cü ildə Azərbaycana xaricdən 135,23 min manatlıq təbii və süni xəz, eləcə də ondan hazırlanan məmulatlar gətirilib. Bu göstərici 2013-cü ilin nəticəsini 14,4 dəfə üstələyir. Qeyd edək ki, DGK-nin məlumatına görə, 2013-cü ildə isə ölkəyə cəmi 9,4 min manatlıq xəz məmulatı gətirilib.

Göündüyü kimi, hazırda ölkədə satışda olan xəz məmulatlarının həcmi bu göstəricilərdən xeyri artıqdır. Belə ki, Bakıda xəz məmulatlarının satışı ilə məşğul olan şirkətlərdən bildirilib ki, satışda olan «şuba»ların minimum qiyməti 500-100 manat ətrafındadır. Belə ki, «Karolina Valiant» və «Kristina» şirkətində böyüklər üçün təklif edilən «şuba»ların minimum qiyməti 1000 manatdan başlayır. Uhaqlar üçün «şuba»ların qiyməti isə «Karolina Valiant»da 500 manatdan, «Kristina»da isə 800 manatdan başlayır.