Son günlər Azərbaycanda satılan “G2 Gillete” markalı ülgüc və təraş məhsulları 50% bahalaşıb. Fins.az-ın məlumatına görə, yaxın vaxtlara qədər 20 qəpiyə satılan bu aləti hazırda 30 qəpikdən aşağı qiymətə tapmaq mümkün deyil. Üstəlik, bazarda bu məhsulun qıtlığı hiss olunur. Xatırladaq ki, “G2 Gillete” markalı ülgüc və təraş aləti “ProcterGamble” şirkəti tərəfindən istehsal olunur. Şirkətin Azərbaycandakı nümayəndəliyinin xarici əlaqələr üzrə meneceri Səkinə İbrahimova qiymət artımı ilə bağlı fins.az-a açıqlama verib.
Onun sözlərinə görə, məhsulun bahalaşması ötən ilin dekabr ayında adı çəkilən məhsulun gözlənilmədən çox satılması ilə bağlıdır: “Şirkətimizin istehsalı olan ülgüc və təraş məhsullarının rəf qiyməti mağaza sahibi tərəfindən müəyyən olunur, satış nöqtələrindən və satış həvəsləndirmə aksiyalardan asılı olaraq fərqlənə bilər. Hər-hansı məhsulun qiyməti bir çox gözə görünməyən satıcıdan asılı olmayan məs., tədqiqatlar, xammal, istehsal prosesi, daşınma və paylaşdırma, qablaşdırma və sair marketinq kimi faktorları daxil edir. Son zamanlar biz dünyanın bir çox ölkəsində qeyri-stabil biznes mühitinə məruz qaldığımızı etiraf edirik. Biz imkanımız daxilində bu xarici təsirlərə tab gətirmək və məhsullarımızı satan mağaza sahibləri üçün qiyməti artırmamağa çalışdıq. G2 Gillette təraş məhsullarının hazırda bazarda qıtlığı isə, 2014-cü ilin dekabr ayında olan gözlənilməmiş yüksək satışı ilə bağlıdır. Hazırkı vəziyyət tezliklə aradan qaldırılacaq”– deyə açıqlamada bildirilir.