Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Fins.az APA-ya istinadən xəbər verir ki, “Azəriqaz” bu ilin yanvar ayı ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 52 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.
Qeyd edək ki, həmin binalarda ümumilikdə 943 ailə yaşayır.