Azərbaycanda “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur. Fins.az-ın “Report”a istinadən verdiyi məlumata görə, bununla bağlı layihə Milli Məclisə Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə daxil olub. Layihədə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunması təklif edilir. Hazırda isə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.