Bu gün yeni avtomobillərə baxış keçiriləcək
Azərbaycanda post-patrul və yol polisi əməkdaşları üçün yeni və müasir avadanlıqlarla təchiz edilmiş 750-dən artıq avtomobil alınıb.
Fins.az ANS Press-ə istinadən məlumatına görə, bu gün Azadlıq meydanında yeni alınan avtomobillərə baxış keçiriləcək.
Azadlıq meydanında yeni çəkilən avtomobillərin şəklini çəkən əməkdaşımızın sözlərinə görə, post patrul üçün "Fiat Doblo", yol polisi əməkdaşları üçün isə BMW (5-ci seriya) markalı avtomobillər nəzərdə tutulub.
Saxlanılan şəxslərin daşınması üçün də "Mercedes" markalı mikroavtobuslar da nəzərdə tutulub. "Mercedes Sprinter" markalı maşınlarda meyit daşımaq da mümkündür.
DYP əməkdaşları üçün gətirilən avtomobillərin üst hissəsində sayrışan işıqlardan əlavə 6 ədəd kamera quraşdırılıb.
Həmin kameralar avtomobil hərəkətdə olan vaxt qabaq və arxa hissədə olan maşınlar haqqında məlumatları salona ötürür.
Avtomobilin salonunda əyləşən polis əməkdaşları isə ötürülən informasiyanı daha asan şəkildə salonda olan monitor vasitəsilə izləyə bilər.
Qeyd edək ki, yeni avtomobillər texniki imkanları və müasir avadanlıqları ilə diqqəti cəlb edir. Seriya nömrələri 90-la başlayır