Vətəndaşlar “Elektron hökumət” portalı üzərindən tibbi müayinə kartını onlayn sifariş edə bilərlər. Fins.az-ın “ICTnews”-a istinadən məlumatına görə, Səhiyyə Nazirliyinin “Tibbi müayinə kartının onlayn sifarişi” xidməti portala inteqrasiya edilib.
Sözügedən xidmət müxtəlif sahələrdə çalışan və işə qəbul edilərkən və ya sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşlar tərəfindən, onların tibbi müayinədən keçmələri barədə məlumatı özündə saxlayan tibbi müayinə kartlarının onlayn sifarişini və bu sifariş əsasında tibbi müayinə kartlarının əldə edilməsini əhatə edir.