Bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) ölkədə əmək qanunvericiliyinin pozulması ilə bağlı 492 fakt aşkar edib. Nazirlikdən fins.az-a verilən məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 19,3% azdır. Pozuntu hallarına əsasən özəl sektora aid müəssisələrdə, ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında yol verilib. Aşkar edilmiş hüquq pozuntularına görə, İnzibati Xətalar Məcəlləsinə əsasən, işəgötürənlər 85800 manat dövlət büdcəsinə cərimə ödəməli olub. Bu da 2014-cü ilin ayına nisbətən 45% çoxdur.