01 Noyabr

İşçilər məcburən məzuniyyətə göndəriləcək

Ağır iş rejimindən yaranan ciddi problemlər hökuməti yaponların məcburi qaydada istirahətə göndərilməsi ilə qanun layihəsini hazırlamağa vadar edib

Yaponiya hökuməti işçiləri məcbur edəcək ki, ildə heç olmasa 5 gün məzuniyyət götürsünlər- Fins.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı qanun layihəsi hazırlanır. Hazırkı qanuna əsasən şirkətlər əməkdaşlarına ən azı 10 gün üstəgəl hər iş ili üçün 1 gün istirahət günləri təqdim etməlidir. Lakin işləyənlərin yarıdan çoxu ödənişli məzuniyyətlərdən istifadə etmirlər. Onlar məzuniyyətdə olduqları vaxt öz yerlərinə başqa işçilər götürüləcəyindən qorxurlar.
Hakimiyyət 2020-ci ilədək istirahətdən imtina edənlərin payını 30%-ə qədər azaltmağı planlaşdırır. Yaponlar çoxdan işlək xalq kimi tanınır, hətta bu ölkədə 1990-cı illərdə olan gərgin işlə bağlı ölümü bildirən “karoşi” termini yaranıb.

Çox işləyənlər ən çox nədən ölürlər?
Müşahidələr göstərir ki, mütəxəssislər daha çox həddən artıq ağır zəhmət nəticəsində infarkt və insult xəstəliklərindən ölür. Bundan əlavə, son illər ölkədə epidemiya halını alan belə ölümlərin üçdə birini işdə stress ilə bağlı intiharlar təşkil edir. İş yerlərində uzun saatlar keçirən qadınların çoxunun sonda ailəsinin xətrinə karyerasından tamamilə imtina etməsi də hakimiyyəti narahat edir.

İşdə yatmaq tövsiyyə olunur
Dövlət müxtəlif yollarla əmək bazarında vəziyyəti yaxşılaşdırmağa çalışır. Məsələn, nazirlik işçilərinə nahar fasiləsi zamanı yarım saatlıq yuxu almaları xüsusilə tövsiyə edilir. Bundan başqa, bu yaxınlarda Yaponiyada yeni rəsmi bayram- Dağlar Günü təsis edilib- həmin gün vətəndaşlara təbiətin qoynuna getmək təklif olunur.


Müxtəlif ölkələrdə ödənişli məzuniyyət günlərinin sayı

Ölkələrin adı

Məzuniyyət günü

1

Fransa

30

2

Britaniya

28

3

Danimarka

25

4

Finlandiya

25

5

İspaniya

22

6

Almaniya

20

7

Avstraliya

20

8

İçveçrə

20

9

Kanada

10

10

ABŞ

0