Fevralın 23-dən etibarən İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin "qaynar xətt"inə süni qiymət artımı ilə bağlı təxminən 200 şikayət zəngi daxil olub. Xidmətdən fins.az-a verilən məlumata əsasən, ötən həftənin sonunda şikayət zəngləri gəlməyə başlasa da, bu, fərdi xarakter daşıyırdı. Bazar ertəsindən etibarən isə vətəndaşların süni qiymət artımı ilə bağlı şikayət zənglərinin sayı kəskin artıb. Məlumata görə, şikayətlər nəzərə alınaraq həmin bölgələrdə monitorinqlər keçirilir.
Qeyd edək ki, istehlakçılar süni qiymət artımı, həmçinin istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat verə bilərlər.