Son 10 ildə Azərbaycanda toplanılan sosial sığorta haqlarının məbləği 6,3 dəfə artaraq 1 milyard 745 milyon manata çatıb. Fins.az-ın məlumatına görə, bunu III Beynəlxalq “Caspian Energy Forum-2015”də çıxışı zamanı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib. Onun sözlərinə görə, dövlət büdcəsindən ayırmalarla birlikdə Azərbaycanda pensiya xərclərinin ümumi daxili məhsula (ÜDM) nisbəti 2003-cü ildəki 3,9%-dən 2014-cü ildə 4,6%-ə qalxıb: “Nəzərə alsaq ki, ÜDM göstərici də o vaxtdan bəri sabit qalmayıb, nisbi göstərici kifayət qədər yüksəkdir”.
DSMF sədri 2020-ci ildə pensiyaçıların gözlənilən sayını da açıqlayıb: “5 ildən sonra pensiyaçıların sayı 1 milyon 328 min nəfər olmalıdır. Bu proqnoz da indiki göstərici ilə müqayisədə 44 min nəfər çoxdur”.