Son günlər cəmiyyətdə və sosial şəbəkələrdə geniş müzakirə olunan «şortik» mövzusundan biznes qurumları da yararlanmağa çalışırlar. «Kontakt» mağazalar şəbəkəsi mağazalara şortiklə gələn müştərilər üçün endirim elan edib. Şəbəkədən Fins.az-a verilən məlumata görə, iyulun 30-dan avqustun 8-dək davam edəcək kampaniya zamanı mağazaya şortiklə gələn müştərilərə bəzi məhsullar nağd alışlar zamanı 20% endirimlə satılacaq. Kampaniya televizor, kompyuter, fotoaparat, kondisioner və digər məhsulları əhatə edəcək. Mağazalar şəbəkəsi bu kampaniyada «şortik» mövzusundan istifadə etmək məqsədini gizlətmir. "Cəmiyyətdə bu məsələ gündəmdə olduğuna görə, müştəri cəlb etmək üçün bu üsuldan faydalanmağı qərara almışıq" - deyə şirkətdən fins.az-a bildirilib.