Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehsalatla əlaqəli 66 bədbəxt hadisə qeydə alınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42% azdır. İstehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 50% azalaraq 20-yə, xəsarət alanların sayı isə 49% azalaraq 46-ya düşüb. 2014-cü ilin ilk 6 ayında istehsalatla əlaqəli qrup halında 16 bədbəxt hadisə baş verdiyi halda, bu il belə hadisə baş verməyib.