01 Noyabr

Azərbaycanda Ermənistan istehsallı məhsullar məhv edildi - FOTOLAR

Dövlət Gömrük Komitəsinin əməkdaşları Ermənistan istehsalı olan məhsulları müsadirə edərək məhv edib. Bu barədə fins.az komitəyə istinadən xəbər verir. Söhbət 51 qutu siqaret, 23 ədəd kofe və 31 ədəd konyakdan gedir. Onlar DGK-nın “Azərterminalkompleks” Birliyində fəaliyyət göstərən məhvetmə komissiyası və Komitənin səlahiyyətli nümayəndələrinin iştirakı ilə zərərsizləşdirilib.