Elektron Hökumət portalında maraqlı yenilik edilib. Rabitə və Yüksək texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən Fins.az-a verilən məlumata görə, artıq hökümət ödənişlərini birbaşa portal üzərindən aparmaq mümkündür. Sistemin ən önəmli funksionallığı ondan ibarətdir ki, sistem avtomatik daxil olan vətəndaşın bütün fərdi məlumatlarını (adına olan telefon nömrələri, komunal borclar, şəhər telefonları v.s) taparaq sistemə sinxronzasiya edir. Həmçinin sistemdə gələcəkdə borclar haqqında bildirişlərin alınması kimi modulların da əlavə edilməsi nəzərdə tutulub.