Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi 36 ünvanında yerləşən 1 saylı Bakı “ASAN xidmət” mərkəzi 12-13 sentyabr tarixlərində görülən profilaktik tədbirlər ilə əlaqədar xidmət göstərməyəcək. Xidmətdən fins.az-a verilən məlumata görə, bu tarixlərdə vətəndaşlar Bakıda onlara daha yaxın ərazilərdə yerləşən digər “ASAN xidmət” mərkəzlərinə müraciət edərək xidmətlərdən yararlana bilərlər. Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.