01 Noyabr

Maliyyə Elm-Tədris Mərkəzində "Açıq Qapı Günü"

Sentyabrın 12-də Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində "Açıq Qapı Günü" təşkil ediləcək. Nazirlikdən fins.az-a verilən məlumata görə, tədbir zamanı iştirakçılar Beynəlxaq və Milli mühasibat uçotunun faydaları haqqında geniş məlumat əldə etmək fürsəti qazanacaq, Azərbaycanda fəaliyyət göstərən peşəkar mühasiblərlə görüşəcək və onları maraqlandıran sualları birbaşa ünvanlamaq imkanı əldə edəcəklər. "Açıq Qapı Günü" çərçivəsində Beynəlxalq uçotun üstünlükləri, özəllikləri və karyera imkanları, milli muhasibat uçotunun problemli məsələlərinin müzakirəsi təşkil olunacaq. Eyni zamanda, tədbir iştirakçılarına Azərbaycan dilinə tərcümə olunmuş müxtəlif təlim materialları təqdim ediləcək. Qeydiyyat üçün aşağıdakı vasitələrlə müraciət etmək olar:
Ünvan: HeydərƏliyevprospekti 10 (994 12) 404 81 50/ 404 81 59
[email protected]