01 Noyabr

Şirkətlərin media reytinqi açıqlandı

“Media Consulting Services” şirkəti avqust ayı üzrə mətbuatda ən çox hallanan mobil rabitə şirkətlərinin reytinqini açıqlayıb. Fins.az-ın şirkətə istinadən yaydığı məlumata görə, ötən ay KİV-də ən çox “Bakcell” şirkətinin adı çəkilib – 746 dəfə. “Azercell” 471 dəfə, “Nar-mobile” isə 143 dəfə xatırlanıb. Ümumilikdə bu sektor üzrə 1653 məlumat verilib.

Otel və biznes mərkəzləri arasında ən çox isə “Hilton”un adı çəkilib – 139 dəfə. “Fairmont Baku” 92, “Ramada” 43, “Park inn” 27, “Four season” isə 24 dəfə xatırlanıb.

Ali məktəblər arasında ən populyar isə Bakı Dövlət Universiteti olub. Bu təhsil ocağı mətbuatın yadına 931 dəfə düşüb. Azərbaycan Dövlət İqtisad Universiteti haqqında 593, Azərbaycan Tibb Universiteti haqqında 477, Bakı Ali Neft Məktəbi 422, Dövlət İdarəçilik Akademiyası 221 material yayılıb.