01 Noyabr

“Azərbaycanda film biznesi 3-4 ilə yaranacaq”

“3-4 il ərzində Azərbaycanda da film sənayesi biznesə çevrilə biləcək”. Bunu fins.az-a “Bir ovuc sonsuzluq”un filminin çəkilişləri ilə bağlı Bakıya gələn Türkiyəli rejissor Battal Qazi Karabulak deyib.

“Azərbaycan kinosuna yeni simalar qazandırılmalıdır”

O hazırda Azərbaycan filminin bir neçə probleminin olduğunu bildirib. Birincisi Azərbaycan filmində yeni akytorlardan istifadə edilmir. Yəni, kinoya yeni simalar qazandırılmır. Battal Qazi Karabulak yerli kino adamları, rejissorlarla müzakirə zamanı bu problemi qabartdığını deyib: “Tanınmış rejissorlarla da danışarkən Azərbaycan filminə yeni simalarının qazandırılması ilə bağlı nöqsanları onların diqqətinə çatdırıram. Türkiyədə belə deyil. Hər il türk filminə 15 -20 yeni sima qazandırırıq”.

“Bir ovuc sonsuzluq”da yeni aktyorlardan istifadə edirik”

Battal Qazi Karabulak hesab edir ki, bu problemin həlli yerli kino sənayesini inkişaf etdirə və bu filmlərə tamaşaçı marağını artıra bilər.O, bu aydan etibarən Türkiyə və Azərbaycan kinosunun birgə işi olan “Bir ovuc sonsuzluq” filmində də məhz yeni aktyorlardan istifadə ediləcəyini bildirib. 1 ay boyunca Qubanın Xınalıq və İsmayıllı rayonunun İvanovka kəndlərində çəkilişləri aparılacaq filmdə türklərlə yanaşı 12 azərbaycanlı aktyor da iştirak edəcək.

“Yeni kino adamlarının yetişməsi biznes formalaşdıracaq

B.Q. Karabulak digər problemin Azərbaycanda ssenarinin texniki dili bağlı olduğunu bildirib: “Ssenari yaza bilən çox insan olsa da, onun texniki xüsusiyyətlərindən istifadə edilmir”. Türkiyəli rejissor əvvəllər Azərbaycanda film çəkməyin mümkünsüz olduğu ilə bağlı fikirlər səsləndiyini bildirib: “3-4 ərzində burada hər bir şəxs film çəkməyə başlayacağını demişdim və belə də oldu. Nəhayət bu gün hər kəs film çəkə bilir”. O, yeni ssenarist, rejissor və aktyorların yetişməsi ilə 2-3 il ərzində Azərbaycan kino sənayesini biznesə çevrilə biləcəyini əlavə edib. B.Q. Karabulak hesab edir ki, bu vəziyyətdə kefiyyətsiz filmlər sıradan çıxacaq və kefiyyətli filmlər ortaya çıxacaq.

“Heç türk kinosu da sənayeləşə bilməyib”

Film çəkilişləri ilə bağlı Bakıda olan “Kurtlar Vadisi Pusu” serialından tanınan məşhur aktyor Səlcuk Özər isə fins.az-a açıqlamasında türk filminin də sənayeləşə bilmədiyini deyib: “Türkiyədə son 20 ilin yeni kinomotorqrafları bu istiqamətdə çalışırlar. Lakin kefiyyətli filmlər biznes mühiti formalaşdıra bilmir”. Problem isə ondan ibarətdir ki, tamaşaçı sənət əsərinə deyil, bayağı və absurd məzmunlu komediyalara üstünlük verir. Nəticədə kefiyyətli filmlər gəlir gətirmir: “ Məsələn,bütün dünyada məşhur rejissor kimi tanındığı halda, Nuri Bilge Ceylanın hər il Kann və digər beynəlxalq kino festivallarında mükafat alan filmləri Türkiyədə 10-15 min, maksimum isə 150 min tamaşaçı toplaya bilir. Lakin bayağı komediya filmlərinə baxanlar isə sayı isə 5 milyondur. Bu amil film sənayesini inkişafının qarşısını alır.