01 Noyabr

Elektron xidmətlərdən istifadə 93,3%-ə qalxıb – NAZİRLİK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi internet saytında (www.mlspp.gov.az) keçirilən sorğu göstərib ki, nazirliyin elektron xidmətlərindən istifadəyə əhalinin böyük marağı var. Belə ki, rəyi soruşulan 2975 nəfərdən 2777 nəfəri, yəni 93,3 faizi nazirliyin elektron xidmətlərdən istifadə etdiyini bildirib.

Qeyd edək ki, son illər əmək və sosial müdafiə sahəsində yeni e-xidmətlər işə düşüb. Bunlardan “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “İş yerinə dair arayış” e-xidmətləri vətəndaşların ən çox faydalandığı e-xidmətlər sırasındadır. Ümumilikdə, təkcə cari ilin yanvar-iyul aylarında ƏƏSMN-nin bütün elektron xidmətlərindən 1 milyon 272 min 164 dəfə istifadə olunub ki, bu da qeyd olunan dövrdə “E- hökumət” portalı üzrə ümumi istifadə sayının 17 faizi deməkdir. Hazırda əsas planlardan biri ünvanlı dövlət sosial yardımının elektron formada təyin eilməsidir. Bu sistem qurulandan sonra yardım üçün müraciət elektron qəbul ediləcək. Bununla yanaşı, dövlət məşğulluq xidmətləri üzrə e-xidmətlərin artırılması sahəsində də işlər aparılır.