Azərbaycanan poçt operatoru – «Azərpoçt» Qazax rayonunun “Sınıq körpü” sərhəd keçid məntəqəsində yeni poçt şöbəsi açmağa hazırlaşır. Fins.az-ın məlumatına görə, qurumdan bildirilib ki, Azərbaycan-Gürcüstan sərhədində poçt şöbəsinin yaradılmasına böyük tələbat var. Buna qədər sərhəd keçid məntəqəsində əvvəllər bir neçə dəfə xüsusi avtomobillərlə səyyari poçt xidməti göstərilib. Azərbaycana gələn qonaqların ölkəmiz haqqında ilk təəssüratlarının formalaşdığını nəzərə alsaq, yeni poçt şöbəsi ən müasir tələblər səviyyəsində milli ornamentləri də özündə əks etdirərək yaradılması nəzərdə tutulur. “Sınaq Körpü”də bank və maliyyə xidmətlərinin göstərilməsi o cümlədən valyutadəyişmə məntəqəsinin yaradılmasını da təmin ediləcək. Hazırda ərazidə valyutadəyişmə işləri qara bazar tipində həyata keçirilir və bu da özündə bir çox problemlər yaradır. Sərhəd keçid məntəqəsində valyutadəyişmə əməliyyatından bashqa digər xidmətlərə bir o qədər də tələbat olmadığından rayonda fəaliyyət gostərən banklar filial yaratmağa maraqlı deyillər.
Azərbaycanda yeganə milli poçt operatoru kimi 1500-dən çox poçt şöbəsi olan iri xidmət şəbəkəsinə malik olan Azərpoçt regionlarda əhaliyə göstərilən bank -mailiyə xidmətlərində banklardan birmənalı olaraq öndədir.
Qeyd edək ki, yeni poçt şöbəsinin yaradılması ilə istifadəçilər bank və maliyyə xidmətləri ilə yanaşı məktub, bağlama və banderolların, teleqramların, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövri mətbuatın abunəsi və çatdırılması, enerji daşıyıcılarının və digər kommunal xidmət haqlarının yığılması, dünyanın istənilən ölkəsinə sürətli pulköçürmələri, şəhərlərarası telefon danışıq haqlarının ödənilməsi xidmətlərinin həyata keçirilməsini də təmin edəcək.