Oktyabrın 14-17-də İstanbulda 41-ci Beynəlxalq ləl-cəvahirat, saat və aksesuarlar sərgisi keçiriləcək. Fins.az-ın Azərbaycan Sahibkarlar Konfederasiyasına istinadən məlumatına görə, sərgidə tanınmış brendlərdən zərgərlik məmulatları, bəzək əşyaları və aksesuarlar nümayiş olunacaq.
Sərgi iştirakçıları üçün proqramın əsas istiqamətləri brifinq, ikitərəfli görüşlərin keçirilməsi, sərgi stendlərinə baxış və istehsalçı şirkətlərə baş çəkməkdən ibarətdir.
Səfər çərçivəsində hotel xərcləri Türkiyə tərəfindən qarşılanacaq. Sərgiyə Azərbaycan sahibkarları da dəvət olunub.