01 Noyabr

İsveçrə saatlarının satışı azalıb

Son vaxtlar dünya bazarında İsveçrə saatlarının satışları azalıb.Fins.az xəbər verir ki, bu barədə İsveçrə Saat İstehsalçıları Federasiyası bəyan edib. Federasiyanın məlumatına görə, iyulda İsveçrə saatlarının satışında son 5 ildə ən böyük enmə qeydə alınıb. Belə ki, iyul ayında İsveçrədən saat ixracı ötən ilin iyul ayına nisbətən 10% azalaraq 1,9 milyard franka enib. Xüsusilə Asiya bazarlarında İsveçrə saatlarının satışları kəskin azalıb. Belə ki, Çində saat ixracı 40%, Cənubi Koreyaya 20%, Honkonqa ixrac isə 29% azalıb.