01 Noyabr

Dövlət İqtisad Universitetinin tələbələri Almaniyda oxuyacaq

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Almaniyanın nüfuzlu Yena Fridrix Şiller Universitetinin İqtisadiyyat və Biznes Administrasiya Məktəbi arasında ikitərəfli “Əməkdaşlıq Müqaviləsi” imzalanıb. UNEC-dən fins.az-a verilən məlumata görə, tərəflər arasında bağlanmış müqavilənin əsas məqsədi tələbə və müəllimlərin qarşılıqlı mübadiləsinin həyata keçirilməsi, birgə elmi tədqiqatların aparılması və nəşrlərin hazırlanması, elmi-praktik konfransların, təhsil və mədəniyyət proqramlarının təşkil olunması daxildir.

Müqaviləyə əsasən, iki universitet arasında tələbələrin ən azı bir semestr olmaqla qarşılıqlı mübadiləsi nəzərdə tutulub. Mübadilə proqramına qoşulan tələbələr üçün təhsil haqqı ödənişsizdir və daxil olduqları universitetdə ən azı iki semestr tədris almış olmalıdırlar.

Məlumat üçün bildirək ki, Almaniyanın nüfuzlu Yena Fridrix Şiller Universiteti dünya üzrə “QS” reytinqində 397-ci, “Webometrics”in dünya üzrə reytinqində 235-ci, Avropa üzrə 86-ci pilləsində qərarlaşıb.