01 Noyabr

Antalyada 4,6 bal gücündə zəlzələ

Türkiyənin Antalya vilayətində yerli vaxtla saat 00:19-da 4,6 bal gücündə zəlzələ baş verib. Fins.az-ın «Anadolu» agentliyinə istinadən məlumatına görə yeraltı təkanların episentri Qazipaşa rayonundan 109 kilometr aralıda, Aralıq dənizi hövzəsində, ocağı isə 51 kilometr dərinlikdə yerləşib. Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.