01 Noyabr

Dünyanın ən yaxşı universitetləri açıqlandı- SİYAHI

Dünyanın ən yaxşı universitetləri açıqlandı- SİYAHI

Ən yaxşı ali məktəblərin əksəriyyəti ABŞ-dadır

Çinin Şanxay niversitetinin Araşdırma mərkəzi dünyanın ən yaxşı universitetlərinin ənənəvi illik siyahısını açıqlayıb. Fins.aj-ın xarici mətbuata istinadən məlumatına görə, 500 ali məktəbin yer aldığı siyahıda əsas yeri ABŞ və Avropa universitetləri tutur. Ən yaxşı 5 universitetdən 4-də ABŞ-da yerləşir. Universitetlərin ilk 10-luğu belədir:

1. Harvard Universiteti (ABŞ)

2. Stenford Universiteti (ABŞ)

3. Massaçuset Texnologiya Uniersiteti (ABŞ)

4. Berkli Kaliforniya Universiteti (ABŞ)

5. Kembric niversiteti (Böyük Britaniya)

6. Priston Universiteti (ABŞ)

7. Kaliforniya Texnologiya Universiteti (ABŞ)

8. Kolumbiya universiteti (ABŞ)

9. Çikaqo Universiteti (ABŞ)

10. Oksford Universiteti (Böyük Britaniya)

Qeyd edək ki, universitetilərin siyahısı 6 göstəriciyə əsasən tərtib edilib. Bura universitet məzunlarının və ya əməkdaşlarının Nobel və Fild mükafatı qazanmalarını, daha çox sitat gətirilən əməkdaşların sayını, dərc olunun məqalələrin sayını və universitetin məzunlarının ölkə əhalisinə nəzərən sayı aiddir.

Qeyd edək ki, dünyanın ən yaxşı 500 universiteti arasında Azərbaycan universitetləri yoxdur. Yaxın ölkələrə gəlincə, siyahıda 86-cı yeri Lomonosov adına Moskva Dövlət Universteti, 333-cü yeri Sankt-Peterburq Dövlət Universiteti, 424-cü yeri isə İstanbul Universiteti tutur.