01 Noyabr

Ali və orta məktəblərdə dərs vaxtı dəyişdirilir - YENİ DƏRS İLİNDƏN

Bakıda nəqliyyatın sıxlığını və tıxacları azaltmaq üçün yeni dərs ilindən etibarən paytaxtdakı orta məktəblərdə və universitetlərdə dərs vaxtlarə dəyişdiriləcək. Fins.az-ın məlumatına görə, bu Təhsil Nazirliyinin Nazirlər Kabinetinin “Yol hərəkəti təhlükəsizlik komissiyasının” qərarı ilə bağlı təkliflərində əks olunub. Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov bildirib ki, təkliflərə görə, Ali təhsil müəssələrində dərs qrafiki saat 8 və saat 10-da, orta təhsil müəssisələrində isə saat 8-də və saat 9-da başlanacaq: «Əvvəllər dərslər saat 8-30-da başlayırdısa, indi şəhərin nəqliyyatın sıx ərazilərində yerləşən ali təhsil müəssələrində dərslər 8-də, bəzilərində isə saat 9-da başlayacaq». Musiqi və ifaçılıqla bağlı təhsil müəsisələrində isə dərslərin daha gec – saat 9-30 və saat 10-da başlanması nəzərdə tutulur. Qeyd edək ki, söhbət şəhərin ən sıx ərazilərindəki təhsil müəssisələrindən gedir: «Bakı Şəhər İcra Hakimiyyətinin, “İçəri şəhər” metrosunun ətrafında bir neçə ali və orta təhsil müəssisəsi var. Bütün bunları nəzərə alaraq onların iş qrafiklərində diferensiyalaşma aparmışıq ki, həm sərnişin, həm nəqliyyat vasitələrinin sayı, həm işçilərin gəlməsi müəyyən qədər asanlaşsın».

Orta məktəblərdə də dərs vaxtı dəyişdiriləcək: «Bundan əlavə təklif etmişik ki, orta məktəblərimizdə yuxarı siniflərlə ibtidai siniflərin dərs vaxının başlaması fərqlənsin». Yuxarı siniflərin daha erkən, yəni saat 8-də, ibtidai siniflərin isə əksinə, 8-50 və ya 9-da dərsə gəlməsi təklif edilir. Vaxtın sürüşməsi eyni zamanda təhsil müəssələrinə gələnlərin sayının azalmasına təsir edəcək ki, bu da hərəkətin sıxlığının azalması təsir göstərəcək. «Təkliflərlə bağlı Nazirlər Kabinetin qərarından sonra yeni tədris ilindən bunun icrasına başlayacağıq»-deyə S.Gözəlov bildirib.