Paytaxtın yollarında, xüsusilə də ali məktəblərin yaxınlığında tıxacları azaltmaq üçün universitetləin həyətində avtomobil daynaacaqları təşkil edilib. Fins.az-ın məlumatına görə, bu Təhsil Nazirliyinin Nazirlər Kabinetinin “Yol hərəkəti təhlükəsizlik komissiyasının” qərarı ilə bağlı təkliflərində əks olunub. Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov bildirib ki, nəqliyyatın sıxlığını azaltmaq üçün məqsədilə universitetlərin həyətlərində avtomobillərin parklanma imkanları araşdırılıb: «Məlum olub ki, şəhərin nəqliyyatın sıx ərazilərində yerləşən ali təhsil müəssələrinin parklama yerlərinin hesabına yol kənarında saxlanılan avtomobillərinin sayını 20-30 faiz azaltmaq olar». Sektor müdiri bildirib ki, bu yenilik hərəkət intensivliyinin və təhlükəsizlik səviyyəsinin artmasına təsir göstərəcək.