Varlı həyat sürən hər 10 ailədən 7-də var-dövlət uşaqların əlinə keçən kimi ailənin sərvəti dağılmağa başlayır. Fins.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu barədə Britaniyada aparılan araşdırmalardan sonra məlum olub. Williams Group konsaltinq şirkətinin məlumatlarına görə, varlı ailələrin uşaqları ailənin sərvətlərini idarəetməyə başlayandan sonra ailələrin 70%-i öz əmlakını tamamilə itirir.
Əgər uşaqlar ailənin sərvətini dağıda bilmirlərsə, bunu onların uşaqları – yəni nəvələr edir. Araşdırmalar göstərir ki, ailənin sərvətini nəvələr idarə edirsə, sərvətin tamamilə dağılması ehtimalı 90%-dir.
Konsaltinq şirkəti bu araşdırma zamanı məbləği 3 milyon dollardan az olmayan ailə aktivlərini idarə edən şirkətlər arasında sorğu keçirib. Sorğu göstərib ki, valideynlər də pul məsələsində övladlarına etibar etmirlər. «Valideynlərin 78%-i inanmır ki, uşaqları onların pullarını idarə edə biləcək qədər məsuliyətlidirlər»-deyə şirkətlərdə bildiriblər. Valideynlərin 64%-i isə bu pulları necə qazanlıqları, ailə sərvətlərini necə topladıqları və ailə biznesmi haqqında uşaqlarına geniş məlumat vermək istəmirlər. Valideynlər arasında aparılan sorğu isə onların uşaqlarına etibar etməmələrinin səbəblərini üzə çıxarıb.
Valideynlərin əksəriyyəti uşaqlarına tənbəlliyinə və lazımi dərəcədə məlumatlı olmadığına görə etibar etmir. «Bunu statistika da sübut edir – sərvətlər uşaqların əlinə keçəndən sonra ən uzağı 19 gün toxunulmamış qalır – 20-ci gün varis özünə bahalı bir maşın alır». Ekspertlər milyonçu validenlərə tövsiyyə edir ki, uşaqlarla pullar, xərclər və ailə biznesi barədə söhbətlər aparsınlar. Özü də bu söhbətlər nə qədər tez başlasa və nə qədər çox aparılsa, ailə sərvətinin qorunması ehtimalı da o qədər artacaq.