Məşhur aktrisa Ceyn Birkin uzun illərdən onun adı ilə buraxılan çantaların daha onun adı ilə bağlanamasını tələb edib. Səbəbi timsah dərisindən çantaların istehsalı üçün timsahların məhv edilməsidir. Fins.az-ın xarici mətbuata istinadən məlumatına görə, «Birkin» model çantalar Hermès brendi tərəfindən 1984-cı ildən buraxılır. Bu modellər gözəlliklə yanaşı, həm də varlılıq, prestij və hakimiyyət simvolu sayılır. «Birkin» çantalarına sahib olmaq üçün 6 il növbəyə dayanmaq lazımdır.
Belə çantalardan biri iyunun əvvəlində satılıb – timsah dərisindən hazırlanmış və brilyantlarla bəzədilmiş çanta Honkonq hərracında 222 min dollara sahibini tapıb. Hərçənd bu da «birkin» çantaları üçün rekord deyil – müştərilərdən biri belə çantalardan birinə 432 min dollar ödəyib.
Bizə də dünyanın ən bahalı çantalarının nədən hazırlandığı maraqlı gəldi. Məgər təkcə timsahlar əziyyət çəkir?
Timsah dərisindən olan Carolyn, Marc Jacobs brendinin çantası, 38 min dollar
Xüsusi düşünülmüş cib və çəkmə qıfıl sistemli eleqant çanta. Timsah dərisi
Gadino, Hilde Palladino brendinin çantası, 38 470 dollar
Norveç dizayneri Hilda Palladino tərəfindən hazırlanmış dəbdəbəli çanta. Timsah dərisindən hazırlanan çantanın çəkmə qıfılı ağ qızıl və özü isə brilyant qaxma ilə işlənilib.
Tribute Patchwork, Louis Vuitton brendinin çantası,42 min dollar
Brendin çantaları arasında seçim edə bilməyənlər üçün Louis Vuitton məzəli həll yolu tapıb. Zarafatı qiymətləndirənlər arasınca məşhur müğənni Beyons Noulz da var.
Precious Rose, Leiber brendinin çantası, 92 min dollar
Açılmış qızıl gül formasında hazırlanmış çanda – həqiqətən qiymətli əşya sayılır: çantanın hazırlanmasında 1016 ədəd almaz, 800 ədəd turmalin və 1196 ədəd çəhrayı sapfirdən istifadə olunub.
Matte Crocodile Birkin, Hermès brendinin çantası, 120 min dollar
Timsah dərisindən hazırlanan bu çantanın çəkmə qıfılı 10 karatlıq ağ brilyantlarla işlənib.
Urban Satchel, Louis Vuitton brendinin çantası, 150 min dollar
Louis Vuitton brendindən daha bir maraqlı çanta – zibilxanadan olan çanta. Çantanın hazırlanması zamanı plastik şüşələr, əzilmiş siqaret qutuları, saqqız kağızları əziyyət çəkib.
Cleopatra, Lana Marks brendinin klaçı, 250 min dollar
“Cleopatra Lana Marks” adlı klaç hər il istehsal olunur. Lakin hər il müxtəif dizayn və rəngdə. Builki modeldə alliqator dərisindən istifadə edilib və gümüşü rəngdə buraxılıb. Çəkmə qıfılının hazırlanmasında ağ qızıldan və qara almazlardan istifadə olunub.
Diamond Forever, Chanel brendinin çantası, 261 min dollar
Timsal dərisindən hazırlanıb, çəkmə qıfılının hazırlanmasında isə 334 ədəd brilyantdan, asılqanının hazırlanmasında isə ağ qızıldan istifadə olunub.
Hermès Birkin, Ginza Tanaka dizaynerinin çantası, 1,9 milyon dollar
Yapon dizayneri Ginza Tanakanın hazırladığı çantanın istehsalı zamanı platindən, 2000 ədəd almazdan istifadə olunub. Almazla işlənmiş asılqanını çıxarıb boyunbağı və ya braslet kimi taxmaq da olar.
“Mouawad” brendinin aAlmazla işlənmiş1001 Nights çantası, 3,8 milyon dollar
Çanta dünyanın ən bahalı çantası kimi Ginnesin Rekordlar kitabına salınıb. 10 usta tərəfindən hazırlanan bu çantanın istehsalı zamanı 750 əyarlı qızıldan, 56 ədəd çəhrayı almazdan, 105 ədəd sarı almazdan və 4356 şəffaf almazdan istifadə olunub. Ustalar çantanın hazırlanmasına ümumilikdə 8800 saat sərf ediblər.