01 Noyabr

Əmək yarmarkası olacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti noyabrın 6-da Mingəçevir şəhərində əmək yarmarkası keçirəcək. Nazirlikdən fins.az-a verilən məlumata görə, yarmarkaya şəhərdəki dövlət və qeyri-dövlət müəssisələri üzrə 150-yə yaxın boş (vakant) iş yeri çıxarılacaq. Onların arasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə ayrılmış iş yerləri də olacaq. İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi tədbirdə boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlər qeydiyyata alınacaq. Bu il Dövlət Məşğulluq Xidməti ölkənin bölgələrində 54 əmək yarmarkası təşkil edib.