Azərbaycan Təhsil Nazirliyinin, Mərkəzi Bankın və UNEC-in təşəbbüsü, "Kapital Bank" və "MasterCard"ın dəstəyi ilə həyata keçirilən "Smart tələbə kartı" layihəsi həyata keçirilib.
Fins.az məlumatına görə, layihənin icrası ilə bağlı bu gün UNEC-də təqdimat təşkil olunub. Bildirilib ki, kart vasitəsilə tələbələr təqaüdlərinin alacaq, ölkə daxilində və xaricdə həmin kartlarla istənilən ödənişlərini həyata keçirəcəklər. Reqionda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcək..
Tələbələr smart kartı universitetində, UNEC-ın kitabxanasına və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər.
Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının dahada genişlənməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə olunması nəzərdə tutulur.