Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, "Şəffaflanmamış biznesin banklardan kredit götürmək imkanı olmayacaq.Bu real sektorla banklar arasında əməkdaşlığı çətinləşdirən amillərdir. Kreditlər üçün götürülmüş girovların realizasiyası uzun müddət çəkir. Banklar girovları satıb vəsaitini götürə bilmir, amma vaxtı çatdıqda əmanətçinin pulunu qaytarırlar. Girovların reallaşdırılması mexanizmi sadələşdirilməlidir. Bu bankları biznes kreditləri ayırmağa maraqlandıracaq. Əgər girovların satışı 5 il çəkirsə, təbii ki, bu, kredit faizlərinin də yüksəlməsinə səbəb olacaqdır”.