Faizlərinnə vaxt yenidən qalxacağı sualını cavabsız qoyan AMB-nin mətbuat konfransında sonuncu dəfə danışan Mario Draqi aşağıdakıları vurğulayıb:
Aşağı istiqamətli risklər önəmli olmağa başlayıb;
Geosiyasətdə, proteksionizm ilə bağlı və inkişaf etməkdə olan iqtisadiyyatlarda ciddi risklər mövcuddur;
Göstəricilər cari ilin ikinci yarısında inkişafın mülayim, lakin artıma işarədir;
Aşağı inkişaf maliyyə dəstəyinin inflyasiyaya təsirini də zəiflədir. Beləliklə, maliyyə dəstəyinə böyük həcmdə davam etmək lazımdır;
Maliyyə vəziyyəti mülayim sürətdə genişlənir;
Maliyyə imkanları olan hökümətlər hərəkət etməlidirlər;
AMB-nin mənfi faiz siyasəti müsbət qiymətləndirilir. Mənfi faizlərin müsbət təsirləri yan təsirlərdən çox olub, lakin buna baxmayaraq, yan təsirlər diqqət mərkəzində saxlanılır;
Əsas risklər iqtisadiyyatda azalma dövrüdür;
Laqard faiz qərarında müzakirələrdə iştirak etməyib;
Maliyyə dəstəyi siyasəti maddi vəziyyəti, xüsusilə də banklarda sağlamlaşdırdı;
Sazişsiz Breksit ehtimallarını az görürəm;
Orta müddətli qeyri-müəyyənlik ciddi səviyyədədir;
Bazarlar AMB-nin reaksiyalarını yaxşı başa düşüblər;
Göstəricilər iqtisadiyyatının daha da zəiflədiyini göstərir;
Qeyd etmək lazımdır ki, AMB-ni yeni sədri Kristin Laqard səlahiyyətlərinə niyabrın 1-dən başlayacaqdır.