31 Oktyabr

Avropa Mərkəzi bankının iflasdan qorunma siyasəti

Avropa Mərkəzi Bankı (AMB) cümə axşamı uçot faiz dərəcəsini 0%-də saxlayıb. Bununla yanaşı, mənfi əmanət faizi (-0.5%) və noyabr ayında başlayacaq aylıq həcmi 20 milyarda avro olan istiqraz alışı proqramı da qüvvədədir.

Faizlərinnə vaxt yenidən qalxacağı sualını cavabsız qoyan AMB-nin mətbuat konfransında sonuncu dəfə danışan Mario Draqi aşağıdakıları vurğulayıb:

Aşağı istiqamətli risklər önəmli olmağa başlayıb;

Geosiyasətdə, proteksionizm ilə bağlı və inkişaf etməkdə olan iqtisadiyyatlarda ciddi risklər mövcuddur;

Göstəricilər cari ilin ikinci yarısında inkişafın mülayim, lakin artıma işarədir;

Aşağı inkişaf maliyyə dəstəyinin inflyasiyaya təsirini də zəiflədir. Beləliklə, maliyyə dəstəyinə böyük həcmdə davam etmək lazımdır;

Maliyyə vəziyyəti mülayim sürətdə genişlənir;

Maliyyə imkanları olan hökümətlər hərəkət etməlidirlər;

AMB-nin mənfi faiz siyasəti müsbət qiymətləndirilir. Mənfi faizlərin müsbət təsirləri yan təsirlərdən çox olub, lakin buna baxmayaraq, yan təsirlər diqqət mərkəzində saxlanılır;

Əsas risklər iqtisadiyyatda azalma dövrüdür;

Laqard faiz qərarında müzakirələrdə iştirak etməyib;

Maliyyə dəstəyi siyasəti maddi vəziyyəti, xüsusilə də banklarda sağlamlaşdırdı;

Sazişsiz Breksit ehtimallarını az görürəm;

Orta müddətli qeyri-müəyyənlik ciddi səviyyədədir;

Bazarlar AMB-nin reaksiyalarını yaxşı başa düşüblər;

Göstəricilər iqtisadiyyatının daha da zəiflədiyini göstərir;

Qeyd etmək lazımdır ki, AMB-ni yeni sədri Kristin Laqard səlahiyyətlərinə niyabrın 1-dən başlayacaqdır.