31 Oktyabr

Azərbaycan banklarının risklilik səviyyəsi açıqlanıb

Sentyabr ayında məcmu kapitalın adekvatlıq əmsalı 22.6% (minimum normativi 2.3 dəfə üstələyir) təşkil edib.

Fins.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu barədə məlumat yayımlayıb.

Məlumatda bildirilir ki, sektor ani likvidlik əmsalı üzrə minimum tələbi 1.9 dəfə üstələyir (57.8%). Bank sektoru üzrə ROA və ROE göstəriciləri müvafiq olaraq 2.3% və 16.9% təşkil edir.

Müəllif: Aynur Qəniyeva