31 Oktyabr

9 ay ərzində aktivlərini 8,4% artıran bank

"Xalq Bank" 2019-cu ilin yanvar-sentaybr aylarında aktivlərini 8,4% – 2 mlrd. 177,368 mln. manata qədər artırıb.

Fins.az xəbər verir ki, 2019-cu il sentyabrın 30-na bankın kredit portfeli 1 mlrd. 574,772 mln. manat (yanvar-sentyabrda artım 13,9% - İF) təşkil edib.

Sentyabrın sonuna “Xalq Bank”ın öhdəlikləri 1 mlrd. 768,981 mln. manata (artım 2,5%) bərabərdir.

Hesabat dövrünün sonuna bankda depozit portfeli 1 mlrd. 419,798 mln. manat (artım 12,7%) təşkil edib.

1 oktyabr 2019-cu il tarixinə bankın kapitalı 408,387 mln. manat (artım 44,5%), nizamnamə kapitalı 364 mln. 772,54 min manat (artım 62,1%) məbləğindədir.

Hesabat dövründə fəaliyyətinin yekunları üzrə "Xalq Bank"ın xalis mənfəəti 24 mln. 518,23 min manat (2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 36,5%) təşkil edib.

"Xalq Bank" 2004-cü il dekabrın 30-da bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və aktivlərinin həcminə görə Azərbaycanı