31 Oktyabr

“Unibank”da - YENİ TƏYİNAT

“Unibank” KB-da yeni təyinat olub.

Fins.az-ın məlumata görə, Araz Səfərli Pərakəndə Biznesin inkişafı departamentinin direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Araz Səfərli 2013-cü ildən “Unibank”da çalışır. O son təyinatadək “Unibank”da Satış və Xidmətə dəstək departamentinin müdir müavini vəzifəsində çalışıb.