31 Oktyabr

Hökümət Ödəniş Portalı ilə aparılan əməliyyatların həcmi açıqlanıb - MƏBLƏĞ

"9 ayında 2.2 milyard manatlıq ölkədaxili elektron ticarət dövriyyəsinin 43%-i məhz Mərkəzi Bankın yaratdığı Hökümət Ödəniş Portalı üzərindən aparılan xidmət əməliyyatlarının payına düşür"

Fins.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən 2-ci “Bakı Elektron Ticarət Forumu” nda çıxış edən Mərkəzi bankın sədr müavini Alim Quliyev deyib

O bildirib ki, "Cari ilin 9 ayında 2.2 milyard manatlıq ölkdaxili elektron ticarət dövriyyəsinin 43%-i məhz Mərkəzi Bankın yaratdığı hökümət ödəniş portalı üzərindən aparılan xidmət əməliyyatlarının payına düşür.

Mərkəzi Bank rəsmisi qeyd edib ki, "Mərkəzi Bank da öz növbəsində artıq uzun müddətdir ki,özünü yaratdığı Hökümət Ödəniş Portalının operatoru olaraq ölkədə elektron ticarət ekosisteminin inkişafına xüsusi tövhə verib. 2008-ci ildən istifadəyə verilən bu portal ilk başlanğıcda yalnız komunal xidmətlərin ödənişlərin internet vasitəsi ilə ödəmək imkanı yardılırdısa hazırda bu infastruktur çox böyük əhatə dairəsinə malikdir"

Daha sonra Alim Quliyev deyib ki, "Mövcud infrastruktur vasitəsi ilə əksər dövət qurumları, bələdiyyələr,kommunal xidməti müəsisələri,mobil rabitə operatorları, ali təhsil müəsissələri və bir sıra qurumlar ümumilikdə 500 dən çox xidməti əhatə edən ödənişləri bu portalın onlayn resurslarından istifadə etməklə banların elektron bankçılıq xidmətlərindən istifadə etməklə nağdsız qayda da aparmaq imkanına malikdirlər."

Müəllif:Aynur Qəniyeva